• «Şəms» Tərcümə Xidmətləri Mərkəzi sizi bizim saytımızın bütün səhifələrində salamlamağa çox şaddır.

Azərbaycan–Qətər Birgə Biznes Şurasının İlk Toplantısı Uğurla Keçirildi

Azərbaycan–Qətər Birgə Biznes Şurasının İlk Toplantısı Uğurla Keçirildi

Dohada Azərbaycan və Qətər Hökumətləri arasında Birgə Komissiyanın 4-cü iclası çərçivəsində təşkil olunan Azərbaycan–Qətər Birgə Biznes Şurasının ilk toplantısında İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Şəms Tərcümə təmsil olundu.

KOBİA və Qətər Ticarət və Sənaye Palatasının birgə təşkil etdiyi tədbir, iki ölkə arasında qarşılıqlı biznes dialoqunun gücləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması və iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm bir platforma oldu.

Bu görüş çərçivəsində Azərbaycan və Qətərin işgüzar dairələri arasında birgə layihələr, investisiya imkanları və tərəfdaşlıq istiqamətləri üzrə müzakirələr aparıldı.

Şəms Tərcümə olaraq ölkəmizi beynəlxalq biznes platformalarında təmsil etməkdən və əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verməkdən məmnunuq.

Comments are closed