Şəms Tərcümə olaraq 5 dekabr tarixində işgüzar Naxçıvan səfərimizin üçüncü günündə Marsol Group partnyorları ilə birlikdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilə keçirilən görüşdə iştirak etdik.
Görüş zamanı Ordubadın qədim Azərbaycan torpağı kimi zəngin tarixi, iqtisadi və mədəni irsi, eləcə də rayonun inkişaf prioritetləri barədə ətraflı məlumat verildi. Prezident İlham Əliyevin Ordubad Tarix-Memarlıq Qoruğunun dövlət qoruğu elan edilməsi və “Gəmiqaya–Göygöl Tarixi-Mədəni Kompleksi”nin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi rayonun beynəlxalq tanınırlığını daha da artırması vurğulandı.
İcra başçısı Ordubadın əsas iqtisadi istiqamətlərinin ipəkçilik, meyvəçilik, konserv sənayesi və mədən sahəsi olduğunu qeyd etdi. Həmçinin Zəngəzur dəhlizinin açılmasının bölgə üçün yaradacağı yeni tranzit, ticarət və turizm imkanları vurğulanaraq bu inkişafın sahibkarlıq mühitinə mühüm töhfə verəcəyi bildirildi.
Görüşə onlayn şəkildə qoşulan iş adamları da öz fikir və təklifləri ilə müzakirələrə dəyər qatdılar. Sonda tərəfləri maraqlandıran suallar cavablandırıldı və Marsol Group tərəfindən Rəcəb Rəhimliyə xatirə hədiyyəsi təqdim olundu.
Ordubadın iqtisadi və turizm potensialını yüksək qiymətləndirir, yerli sahibkarlarla əməkdaşlıq üçün geniş imkanlar gördüyümüzü məmnunluqla qeyd edirik.







İş saatları
| Bazar ertəsi | 09:00 - 18:00 |
| Çərşənbə axşamı | 09:00 - 18:00 |
| Çərşənbə | 09:00 - 18:00 |
| Cümə axşamı | 09:00 - 18:00 |
| Cümə | 09:00 - 18:00 |
| Şənbə | 09:00 - 17:00 |
| Bazar | 09:00 - 17:00 |




