...
  • «Şəms» Tərcümə Xidmətləri Mərkəzi sizi bizim saytımızın bütün səhifələrində salamlamağa çox şaddır.

أبوستيل

MƏLUMAT BAZASI

Apostil

Haaqa konvensiyasının üzvü olan dövlətlərlərin sənədləri apostilləşdirilir. Bu konvensiyaya üzv olmayan dövlətlərlərin sənədləri isə leqallaşdırılır.

Apostil prosesi

1) sənədin əslinə vurulan apostil
2) sənədin surətinə vurulan apostil
3) sənədin tərcüməsinə vurulan apostil

– Ədliyyə Nazirliyi və bu nazirliyə aid olan orqanlar tərəfindən verilmiş bütün növ sənədlərin əslinə, surətinə və tərcüməsinə apostil Ədliyyə Nazirliyi tərəfindən verilir.

– Ədliyyə Nazirliyi və bu Nazirliyə aid olmayan bütün təşkilat, şirkət, nazirlik, orqan və s. tərəfindən verilmiş bütün növ sənədlərin yalnız əslinə apostil Xarici İşlər Nazirliyi tərəfindən, surətinə və tərcüməsinə isə apostil Ədliyyə Nazirliyi tərəfindən verilir.

Respublikamızda 2006-cı ilə qədər olan bütün növ sənədlərin surətinə və tərcüməsinə apostil Ədliyyə Nazirliyi tərəfindən verilir. 2006-cı ildən etibarən verilmiş, bütün növ sənədlərin əslinə də, surətinə də tərcüməsinə də apostil verilir. Çünkü ölkəmiz 2005-ci ildən konvensiyanın üzvüdür. SSRİ tərəfindən bütün respublikalarda 1992-ci ilə qədər verilmiş, bütün növ sənədlərin yalnız surətinə və tərcüməsinə apostil Ədliyyə Nazirliyi tərəfindən verilir. 1992-ci ildən sonra verilmiş keçmiş respublikaların sənədləri üçün respublikamızda apostil verilmir.

Qeyd

Apostilə təqdim olunan sənəd sağlam olmalıdır.

Sənədin əslinə apostil

Sənədin üzərinə sənədə zərər vermədən yapışdırılır. (XİN və ya Ədliyyə Nazirliyi tərəfindən)

Sənədin surətinə apostil

Sənədin surəti rəngli şəkildə çap olunaraq arxa tərəfinə yapışdırılır.

Sənədin tərcüməsinə apostil

Sənədin surəti rəngli çap olunmaq surəti ilə notariusda təsdiq olunur, sonra sənədin tərcüməsi təsdiq olunmuş surətin arxasına tikilir və yenidən notariusda təsdiq olunur. Bu proseslər tamamlandıqdan sonra sənəd Ədliyyə Nazirliyinə apostil verilməsi üçün göndərilir. Nazirlikdə sənədin tərcüməsinin arxa tərəfinə apostil yapışdırılmaq surəti ilə təsdiq olunur. Proses tamamlanır.

Sənədin həm əslinə/surətinə, həm də tərcüməsinə apostil

Sənədin əslinə aidiyyatı nazirliklər tərəfindən apostil verildikdən sonra surəti rəngli çap olunmaq surəti ilə notariusda təsdiq olunur, sonra sənədin tərcüməsi təsdiq olunmuş surətin arxasına tikilir və yenidən notariusda təsdiq olunur. Bu proseslər tamamlandıqdan sonra sənəd Ədliyyə Nazirliyinə apostil verilməsi üçün göndərilir. Nazirlikdə sənədin tərcüməsinin arxa tərəfinə apostil yapışdırılmaq surəti ilə təsdiq olunur. Proses tamamlanır.

Qeyd

Bir sıra sənədlərin tərcümələri birbaşa sənədin əslinə tikilmək surəti ilə tərcüməsinə apostil verilir (arayış və s.).

Leqallaşdırma
(konvensiyaya üzv olmayan dövlətlərlərin sənədləri leqallaşdırılır)

Bu proses 3 mərhələdən ibarətdir.

1.Sənədin surəti rəngli çap olunmaq surəti ilə notariusda təsdiq olunur, sonra sənədin tərcüməsi təsdiq olunmuş surətin arxasına tikilir və yenidən notariusda təsdiq olunur. Bu proseslər tamamlandıqdan sonra sənəd Ədliyyə Nazirliyinə təsdiq olunmasıüçün göndərilir. Nazirlikdə sənədin tərcüməsinin arxa tərəfinə təsdiq möhürü vurulur.

2. Sonra bu proseslər təsdiq olunması üçün sənəd XİN-nə göndərilir. XİN tərəfindən təsdiq olunduqdan sonra sənəd təsdiq olunması üçün,

3. Təqdim olunacağı ölkənin respublikamızdakı səfirliyinə təqdim olunur. Proses tamamlanır. Sənəd tam şəkildə leqallaşdırılmışdır.

Seraphinite AcceleratorBannerText_Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.