...
  • «Şəms» Tərcümə Xidmətləri Mərkəzi sizi bizim saytımızın bütün səhifələrində salamlamağa çox şaddır.

Bloq

Milli Paralimpiya Komitəsi Şəms tərcümənin təsisçisi və rəhbəri Nəsimi Həsənovu təltif etdi.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib. HYATT Regency Baku otelində baş tutan tədbiri açan komitə prezidenti İlqar Rəhimov 2019-cu ilin Paralimpiya Komitəsi üçün məhsuldar olduğunu qeyd edib. O il ərzində ən fəal məşqçilərin, idmançıların və digər əməkdaşların da seçildiyini bildirib.
Milli Paralimpiya Komitəsi Şəms tərcümənin təsisçisi və rəhbəri Nəsimi Həsənovu təltif etdi.

,

Bakı Avrasiya Universitetində ƏRƏB dili günü

Bakı Avrasiya Universitetində ƏRƏB dili günü qeyd olunur. Şəms Tərcümə də tədbirdə iştirak edib

Təbrik məktubu

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun Şəms Tərcümə nin direktoru cənab Nəsimi Həsənova yolladığı təşəkkür məktubu.
Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlığımıza görə şadıq.

,

Boccia üzrə Azərbaycan çempionatı

Şəms Tərcümə mərkəzinin əməkdaşları 13.12.2019-cu il tarixində Bakı İdman Sarayında Milli Paralimpiya Komitəsi tərəfindən təşkil olunmuş, “Seni Cup” Azərbaycan Çempionatında qaliblərə hədiyyələrin təqdim edilməsində iştirak ediblər.

Boccia üzrə Azərbaycan çempionatı keçirilib

Bu gün Bakı İdman Sarayında Boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatı keçirilib. Yarışda beş kateqoriya üzrə – BC1, BC2, BC3, BC4 və BC5 kateqoriyaları üzrə 60 idmançı mübarizə aparıb.

BC1 kateqoriyasındakı yarışların qalibi Qalib Canıyev olub. İkinci yerdə Aytac Qurbanova, üçüncü yerdə isə Röya Şəfəqzadəqərarlaşıb.

BC2 kateqoriyasında Sona Ağayeva ölkə çempionu adına layiq görülüb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Tahir Zülfüqarlı və Orxan Kərimov bölüşdürüblər.

BC3 kateqoriyasında paralimpiyaçı Qüdrət Yusifli bütün rəqiblərini məğlub edib. Eyni kateqoriyada ikinci yerə Emin Hacılı, üçüncü yerə isə Ramil Babayev layiq görülüb.

BC4 kateqoriyasında Xəyal İslamov qalib olub. Həmin kateqoriyada yarışan Nərmin Ağayeva 2-ci, Zaur Veysəlov isə üçüncü yerə layiq görülüb.

BC5 kateqoriyasının qalibi isə Ramid Əliyev olub. Bu kateqoriyada 2-ci yerdə Babək İsmayılov, 3-cü yerdə isə Əbülfəz Qarayev qərarlaşıb.

Çempionatın final mərhələsində 60-dan çox fiziki məhdudiyyətli idmançı mübarizə aparıb.

Bu yarışların nəticələri Boccia üzrə Azərbaycan milli komandasının formalaşmasında nəzərə alınacaq.

Xatırladaq ki, boccia idman növü 1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilib və 20 il ərzində populyarlıq qazanaraq, 50 ölkədə inkişaf edir. İdmanın bu növü ilə ağır kateqoriyalı əlilliyi olan bütün insanlar da məşğul ola bilərlər. Azərbaycanda boccia idman növünün inkişafına beş il əvvəl başlanıb. Keçən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə idmanın bu növü üzrə milli federasiya yaradılıb. Federasiyanın yaranmasından ötən bir il ərzində idmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak edərək uğurlu nəticələr qazanıblar.

,

HR Summit 2019

,

HR Summit Baku 2019 TALENT WINS

HR Summit Baku 2019
-15 Noyabr 2019-

HR Summit Baku 2019
TALENT WINS
Sammitdə sinxron tərcüməni Şəms Tərcümə həyata keçirdib.
Sinxron tərcümə şifahi tərcümənin ən mürəkkəb növü hesab edilir. Lakin hal-hazırda ondan tez-tez istifadə edilir. Belə ki, konfrans, görüş və ya danışıqlar zamanı sinxron tərcümədən istifadə olunması vaxta qənaət etməyə imkan verir.
Sinxron tərcümə zamanı tərcüməçi çıxış edənlə eyni zamanda danışır. Mütəxəssis üçün eyni zamanda həm çıxış edənə qulaq asmaq və həm də ucadan geniş auditoriyanın qarşısında tərcümə etmək tələb olunur.

Şəms Tərcümə olaraq istənilən tədbirdə sinxron tərcüməni həyata keçirmək üçün bizim sərəncamımızda bütün lazımi ehtiyatlar – mütəxəssis və avadanlıq vardır.

,

MERCER NAMED #1 HR CONSULTING FIRM FOR 2019.

İNSAN RESURSLARI ASSOSSASİYASI -nın keçirdiyi tədbir.

MERCER NAMED #1 HR CONSULTING FIRM FOR 2019.

Tədbirdə tərcümə xidmətini “Şəms Tərcümə” həyata keçirir.

Sinxron tərcümə üzrə 20 ilə yaxın təcrübəsi olan “Şəms Tərcümə” 11 oktyabr 2019-cu ildə “İnsan resursları assosasiyası”-nın keçirdiyi tədbirdə öz xidmətlərini təqdim etdi. Peşəkar və ixtisaslaşmış tərcüməçi heyyəti ilə istənilən mövzuda olan tədbirlərin tərcümə xidmətini yüksək səviyyədə həyata keçiririk.

,

Memorandumun imzalanması

Memorandumun imzalanması

,

Xalq Cümhuriyyətinin

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı mərkəzimizdə keçirilən tədbirdən görüntülər.

,

Nizami Mədəni

Nizami Mədəni İrsinin Müasir Dövrdə İnterpretasiyası adlı beynəlxalq elmi konfransın sinxron tərcüməsi mərkəzimiz tərəfindən həyata keçirilmişdir.

« arasında 2 »

,

Seraphinite AcceleratorBannerText_Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.