...
  • «Şəms» Tərcümə Xidmətləri Mərkəzi sizi bizim saytımızın bütün səhifələrində salamlamağa çox şaddır.

Tag Archive Qalereya

“ASAN Kommunal” mərkəzlərində xidmət göstərməyin üstünlükləri

,

ASAN Qlobal Veb Forumun açılış sessiyası! Opening Session of ASAN Global Web Forum!

ASAN Qlobal Veb Forumunda onlayn sinxron tərcümə xidmətini Şəms Tərcümə icra etdi

14 may 2020-ci il tarixində  “Hökumətlər tərəfindən COVID 19-a qarşı görülən çevik tədbirlər” mövzusunda ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib.

14 may 2020-ci il tarixində  “Hökumətlər tərəfindən COVID 19-a qarşı görülən çevik tədbirlər” mövzusunda ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib.

Forumun açılış sessiyasının natiqləri İSESKO-nun Baş direktoru Salim M. Al-Malik,  BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Ştayner, Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəhbərinin müavini Luk Devigne, Astana Hub Dövlət Xidmətləri Mərkəzinin İdarəetmə Komitəsinin sədri Alixan Baymenov, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatının (UCLG) Baş Katibi Jan Pyer Elonq Mbassi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev olublar.

Moderator isə məşhur jurnalist və futuroloq (CNN, TEDx, Forbes) İan Xan olub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev xüsusi əhəmiyyət kəsb edən bu Forumun dünyanın müxtəlif yerlərindəki qərar qəbul edən şəxslərin təcrübələrini bölüşmələri üçün faydalı platforma olduğunu və COVID-19-la mübarizədə birgə səylərin vacibliyini vurğulayıb. Natiq diqqətə çatdırıb ki, pandemiya ilə mübarizə çərçivəsində ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan Hökuməti bütün zəruri, təcili tədbirləri həyata keçirib və nəticədə Azərbaycan pandemiyadan ən az zərər çəkən ölkələr sırasındadır. Həmçinin pandemiya dövründə   dövlət və özəl xidmətlərin vahid məkandan göstərilməsi üzrə Azərbaycan brendi olan  “ASAN xidmət” vasitəsi ilə texnoloji və innovativ həllərlə rahat, çevik və fasiləsiz çıxış təmin edilib. Azərbaycan istər pandemiya ilə mübarizə, istərsə də dövlət xidmətlərinin çatdırılması ilə bağlı müsbət təcrübəsini paylaşmağa hazırdır.


İSESKO-nun Baş direktoru Salim M. Al-Malik COVID – 19 pandemiyası ilə mübarizədə müasir informasiya texnologiyaları vasitəsi ilə əlaqələndirilmiş beynəlxalq əməkdaşlığın, mədəni dəyərlərin və təhsilin qorunmasının vacibliyini vurğulayıb.   O, həmçinin  təşkilata üzv 54 İslam Dünyası ölkəsində təhsil, elm, mədəniyyət və sosial inkişaf istiqamətində dövlət xidmətlərinin göstərilməsi və  yaxşı idarəçilik sahələrinin təkmilləşdirilməsi üzrə İSESKO-nun ASAN Mükafatının təsis edildiyini vurğulayıb.

BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Ştayner Azərbaycan Hökumətinə pandemiyanın təxirəsalınmaz çətinliklərini həlli istiqamətində göstərdiyi səylərə və əhalinin həssas qrupları üçün sosial yardımları artıraraq effektiv cavab tədbirlərini həyata keçirdiyinə görə təşəkkür edib.

Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende  pandemiya şəraitində görülən tədbirlərin  sosial-iqtisadi və ictimai səhiyyə sahələrində  ortaya çıxan dəyişikliklərlə uzlaşmalı olduğunu vurğulayıb. Həmçinin ifadə olunub ki, bugünkü Veb Forum daha dərin əməkdaşlığın qurulması istiqamətində növbəti addımdır  və böhranın aradan qaldırılması istiqamətində yeni dəyişikliklər üçün açar rolunu oynayır.

Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəhbərinin müavini Luk Devigne Avropa İttifaqı adından Forumun təşkilatçısı “ASAN xidmət”ə təşəkkürünü bildirib və “ASAN xidmət”lə tanışlığı zamanı rəqəmsal innovasiyalar,  effektiv xidmətlərin göstərilməsinin  onda xoş təəssürat yaratdığını vurğulayıb. COVID-19 ilə mübarizədə qlobal  məsuliyyətin, ideya və həll yollarının paylaşılmasının vacibliyini vurğulayan natiq çoxtərəfli əməkdaşlığın qurulması istiqamətində Azərbaycanın Qoşulmama Hərəkatı Sammitinə rəhbəri kimi innovativ təşəbbüslərini təqdirəlayiq hal kimi qiymətləndirib.  

Astana Hub Dövlət Xidmətləri Mərkəzinin İdarəetmə Komitəsinin sədri Alixan Baymenov Azərbaycanın “Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi” ilə bağlı uğurlu təcrübəsi əsasında Qazaxıstan vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sisteminin hazırlandığını diqqətə çatdırıb.

Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatının (UCLG) Baş Katibi Jan Pyer Elonq Mbassi Qlobal Forumda iştirakından məmnunluğunu və koronavirus pandemiyası ilə əlaqadar  yaranmış bu çətin, dəyişkən dövrdə Azərbaycan təcrübəsinin Afrika ölkələrində tətbiqində maraqlı olduğunu  bildirib. Qeyd olunub ki, vətəndaşyönümlü ağıllı həllərin tətbiqi istiqamətində dünya üçün nümunəvi model olan  “ASAN xidmət” və Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatı arasında Əməkdaşlıq Memorandumları üzrə davamlı əlaqələr mövcuddur. 

ASAN Qlobal Veb Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə reallaşdırılır.

Məqsəd pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi sahəsində effektivliyi, əlçatanlığı, eyni zamanda pandemiya ilə mübarizə kontekstində və ondan sonrakı dövrdə sosial innovasiyaların, smart həllərin əvəzedilməz rolunu müzakirə etməkdir. Habelə innovativ yanaşmalar və mexanizmlər istiqamətində  təcrübə mübadiləsi əsas prioritetlərdir.

2 günlük Forum açılış, bağlanış sessiyalarından və 4 fərqli mövzulu paneldən ibarət olacaq.

#globalforum  #publicservices #innovativeapproach #pandemic #smartsolutions #digitalapproach #egovernment #asanservice #globalforum2020 #webconference

,

Şəms Tərcümə “PARTNERS & BUSINESS-BAKU 2020” – Yerli Şirkətlərin Tanıtım sərgisində iştirak edib.

AZƏRBAYCANIN İŞ DÜNYASI BAKIYA TOPLANIB!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “Marsol” MMC və Kapitalbankın birgə təşkilatçılığı ilə bu dəqiqələrdə Bakı İdman Sarayında 20-22 fevral tarixlərində “PARTNERS & BUSINESS-BAKU 2020” – Yerli Şirkətlərin Tanıtım sərgisi keçirilib.

,

“PARTNERS & BUSINESS-BAKU 2020” – Yerli Şirkətlərin Tanıtım sərgisi

AZƏRBAYCANIN İŞ DÜNYASI BAKIYA TOPLANIB!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “Marsol” MMC və Kapitalbankın birgə təşkilatçılığı ilə bu dəqiqələrdə Bakı İdman Sarayında 20-22 fevral tarixlərində “PARTNERS & BUSINESS-BAKU 2020” – Yerli Şirkətlərin Tanıtım sərgisi keçirilir.
ŞƏMS Tərcümə də sərgidə iştirak edir.

– 150-yə yaxın yerli şirkətlər
– 10.000-dən çox ziyarətçi
– Yerli sahibkarlıq ekosisteminin parlaq simaları
– 3 fərqli ölkədə media yayım

,

“Partners & Business”

,

Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi

10-12 yanvar tarixlərində Şəms Tərcümə Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Britaniyanın aparıcı Boccia məşqçisi Metyu Kendrikin təlim-məşqində tərcümə xidmətini icra edib.

,

Milli Paralimpiya Komitəsi Şəms tərcümənin təsisçisi və rəhbəri Nəsimi Həsənovu təltif etdi.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib. HYATT Regency Baku otelində baş tutan tədbiri açan komitə prezidenti İlqar Rəhimov 2019-cu ilin Paralimpiya Komitəsi üçün məhsuldar olduğunu qeyd edib. O il ərzində ən fəal məşqçilərin, idmançıların və digər əməkdaşların da seçildiyini bildirib.
Milli Paralimpiya Komitəsi Şəms tərcümənin təsisçisi və rəhbəri Nəsimi Həsənovu təltif etdi.

,

Təbrik məktubu

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun Şəms Tərcümə nin direktoru cənab Nəsimi Həsənova yolladığı təşəkkür məktubu.
Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlığımıza görə şadıq.

,

Boccia üzrə Azərbaycan çempionatı

Şəms Tərcümə mərkəzinin əməkdaşları 13.12.2019-cu il tarixində Bakı İdman Sarayında Milli Paralimpiya Komitəsi tərəfindən təşkil olunmuş, “Seni Cup” Azərbaycan Çempionatında qaliblərə hədiyyələrin təqdim edilməsində iştirak ediblər.

Boccia üzrə Azərbaycan çempionatı keçirilib

Bu gün Bakı İdman Sarayında Boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatı keçirilib. Yarışda beş kateqoriya üzrə – BC1, BC2, BC3, BC4 və BC5 kateqoriyaları üzrə 60 idmançı mübarizə aparıb.

BC1 kateqoriyasındakı yarışların qalibi Qalib Canıyev olub. İkinci yerdə Aytac Qurbanova, üçüncü yerdə isə Röya Şəfəqzadəqərarlaşıb.

BC2 kateqoriyasında Sona Ağayeva ölkə çempionu adına layiq görülüb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Tahir Zülfüqarlı və Orxan Kərimov bölüşdürüblər.

BC3 kateqoriyasında paralimpiyaçı Qüdrət Yusifli bütün rəqiblərini məğlub edib. Eyni kateqoriyada ikinci yerə Emin Hacılı, üçüncü yerə isə Ramil Babayev layiq görülüb.

BC4 kateqoriyasında Xəyal İslamov qalib olub. Həmin kateqoriyada yarışan Nərmin Ağayeva 2-ci, Zaur Veysəlov isə üçüncü yerə layiq görülüb.

BC5 kateqoriyasının qalibi isə Ramid Əliyev olub. Bu kateqoriyada 2-ci yerdə Babək İsmayılov, 3-cü yerdə isə Əbülfəz Qarayev qərarlaşıb.

Çempionatın final mərhələsində 60-dan çox fiziki məhdudiyyətli idmançı mübarizə aparıb.

Bu yarışların nəticələri Boccia üzrə Azərbaycan milli komandasının formalaşmasında nəzərə alınacaq.

Xatırladaq ki, boccia idman növü 1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilib və 20 il ərzində populyarlıq qazanaraq, 50 ölkədə inkişaf edir. İdmanın bu növü ilə ağır kateqoriyalı əlilliyi olan bütün insanlar da məşğul ola bilərlər. Azərbaycanda boccia idman növünün inkişafına beş il əvvəl başlanıb. Keçən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə idmanın bu növü üzrə milli federasiya yaradılıb. Federasiyanın yaranmasından ötən bir il ərzində idmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak edərək uğurlu nəticələr qazanıblar.

,

HR Summit 2019

,

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.