• «Şəms» Tərcümə Xidmətləri Mərkəzi sizi bizim saytımızın bütün səhifələrində salamlamağa çox şaddır.

Tag Archive Türkiyə

Şəms Tərcümə olaraq işgüzar Naxçıvan səfərində iştirak etdik.

Şəms Tərcümə olaraq 3 dekabr tarixində 45 nəfərlik partnyor və Marsol Group nümayəndə heyətinin iştirakı ilə həyata keçirilən işgüzar Naxçıvan səfərində iştirak etdik.

Səfər çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, bir sıra qurumların dəstəyi və Marsol Group-un tərəfdaşlığı ilə baş tutan “2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu”nda iştirak etməkdən məmnunluq duyduq.

Forum zamanı Azərbaycan və Türkiyəni təmsil edən rəsmi şəxslər tərəfindən iki ölkə arasında əməkdaşlığın inkişafına dair mühüm istiqamətlər müzakirə edildi, qarşılıqlı tərəfdaşlıq imkanlarına toxunuldu.

Səmərəli görüşlərlə zəngin bu səfərin regional biznes əlaqələrinin güclənməsinə və yeni əməkdaşlıq perspektivlərinin formalaşmasına töhfə verəcəyinə inanırıq.

, , , , , , , ,