...
  • «Şəms» Tərcümə Xidmətləri Mərkəzi sizi bizim saytımızın bütün səhifələrində salamlamağa çox şaddır.

Şəms Tərcümə Mərkəzinin rəhbərliyi Bakı Biznes Universitetinin 30 illik yubileyinə həsr edilmiş tədbirdə iştirak etmişdir.

Şəms Tərcümə Mərkəzinin rəhbərliyi Bakı Biznes Universitetinin 30 illik yubileyinə həsr edilmiş tədbirdə iştirak etmişdir.

Şəms Tərcümə Mərkəzinin rəhbərliyi Bakı Biznes Universitetinin 30 illik yubileyinə həsr edilmiş tədbirdə iştirak etmişdir.

24 may 2023-cü il tarixində, Bakı Biznes Universitetində “Sosial-iqtisadi inkişafda qlobal meyillər, çağırışlar və imkanlar” mövzusunda, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, bir sıra yerli universitetlərin rektor və prorektorları, eləcə də xarici üniversitet təmsilçilərinin iştirakı ilə geniş tədbir keçirilmişdir. Tədbir zamanı, Bakı Biznes Universitetinin yarandığı gündən ölkəmizin biznes həyatına gətirdiyi yeniliklər, ölkəmizdəki mövcud biznes mühitinə innovativ ideya və yanaşmalar istiqamətində verdiyi töhvələr, habelə ötən 30 il ərzində sözügedən təhsil ocağında yetişən çoxsaylı dəyərli kadrların ölkəmizin inkişafında mühüm rol oynaması qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, tədbirin sinxron tərcüməsi Şəms Tərcümə Mərkəzinin tərcüməçiləri tərəfindən həyada keçirilmişdir.

Tədbirin sonunda, “Şəms Tərcümə” şirkətinin fəaliyyəti və göstərdiyi işbirliyi xüsusilə qeyd edilmiş, şirkətin direktoru Nəsimi Həsənova təşəkkür bildirilərək xatirə planketi təqdim edilmişdir.

Comments are closed
Seraphinite AcceleratorBannerText_Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.