Reraytinq və kopiraytinq

“Şəms Tərcümə”nin təklif etdiyi xidmətlər sırasında reraytinq və kopiraytinq  xidmətləri də yer alır.

Reraytinq (rewriting) – məzmun və ideya, bəzən struktur da qorunmaqla mövcud mətnin yenidən yazılmasıdır. Sayt mətnləri, məqalələr, rəsmi sənədlər, elmi-akademik yazılar, korporativ mətnlər və tərcümə materiallarının daha oxunaqlı, yenidən daha aydın və səlis dildə tərtib edilməsində geniş tətbiq olunur. Materialların daha anlaşılan dildə yazılması dedikdə isə ədəbi dil normalara riayət edərək sinonim leksik vahidlərdən geniş istifadə, mürəkkəb cümlələrin strukturunun dəyişdirilməsi, elmi və ya müasir yazı üslubunun təşviqi nəzərdə tutulur.

Mərkəzimizin mütəxəssisləri reraytinq üçün təqdim etdiyiniz mətnlərin orijinalla terminoloji oxşarlığını saxlamaqla onları orfoqrafik normalar və üslub qaydalarına əsasən daha aydın və akademik dildə tərtib edirlər. Biz materialın keyfiyyətini artırmaqla yanaşı  hədəf auditoriyaya uyğun dil secərək mətni tələb olunan üsluba (rəsmi, elmi, publisistik, reklam üslubu) uyğunlaşdırırıq. Peşəkar tərcümə-redaktə mərhələsi hesab olunan tərcümədən sonrakı reraytinq xidmətimiz isə fikir qorunmaqla tərcümə edilmiş mətnin dilini təbiiləşdirmək, məzmun, ifadə gücü və təsirini artıran terminlər, sinonim ifadələr və dil vahidləri ilə daha dolğunhala gətirmək kimi məqamlarını əhatə edir.

Copywriting (kopiraytinq) – reklam, biznes, marketinq və kommunikasiya məqsədləri üçün  inandırıcı, cəlbedici və satışməqsədli mətnlərin yazılması prosesidir.  Reklam elanları, eləcə də sayt mətnləri, elektron poçt yazışmaları, tədbirlər üçün çıxışların yazılmasında geniş istifadə olunur. Mütəxəssislərimiz tərəfindən hazırlanan və təşviq xarakteri daşıyan bu mətnlər informasiyanın ötürülməsi ilə yanaşı,  həm də təsir və nəticə üzərində qurulur.