Haqqımızda

“Şəms Tərcümə” mərkəzinin rəsmi saytına xoş gəlmişsiniz. Rəsmi səhifəmizdə “Şəms Tərcümə” mərkəzinin əsas fəaliyyət istiqmətləri – şirkətin ictimai fəaliyyəti, təqdim olunan xidmət növləri, müvafiq sferada rəqabət üstünlüyü, tərcüməçilərin peşəkarlıq səviyyəsi, tələbələr üçün istehsalat təcrübəsi proqramları, həmçinin tərcümə praktikası və tərcüməçilərin peşə etikası kodeksi daxil olmaqla tərcümə sahəsində mühüm nəzəri və praktik məsələlər (terminologiya, leksikologiya, tərcümə normativləri və etik prinsiplər və s.) barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Mərkəzimiz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Şəms Tərcümə” əmtəə nişanı ilə sertifikatlaşdırılmışdır. Fəaliyyətimizin beynəlxalq standartlara uyğun təşkil edilməsi ISO 17100 (2015), ISO 9001 (2015), ISO 18587 (2017) sertifikatları (bütün növ sənədlərin yazılı tərcümə və təsdiqi, sinxron və ardıcıl tərcümə, sinxron tərcümə avadanlıqları və səs sistemləri, onlayn tərcümə, redaktə, eyniləşdirmə, apostil və leqallaşdırma xidmətlərini həyata keçirir) ilə də təsdiq edilmişdir.  Biz tərcümənin bədii, elmi-texniki, tibbi, hüquqi, iqtisadi və s. profilləri üzrə genişspektrli yazılı və şifahi (ardıcıl və sinxron tərcümə) tərcümə, audio/videomaterialların və filmlərin tərcüməsi, həmçinin sənədlərin notarial təsdiqi və digər tərcümə xidmətlərini təqdim edirik. Bununla yanaşı, apostil və leqallaşdırma; redaktə, eyniləşdirmə; riraytinq (rewriting), kopiraytinq; onlayn tərcümə (şifahi və yazılı); konfransların tərcümə işinin təşkili, həmçinin müvafiq sinxron tərcümə avadanlıqları və səs sistemləri ilə təchiz etmə şirkətimizin təqdim etdiyi xidmətlər sırasındadır.

Yazılı tərcümə mənbə dildə tərtib edilmiş mətnin məzmun, struktur və üslubi xüsusiyyətlər qorunmaqla hədəf dilə yazılı formada ötürülməsi prosesidir…

Redaktə və eyniləşdirmə. Mətnin sadəcə sözbəsöz tərcüməsi mədəniyyətlərarası məlumatın mənasını, müxtəlif xalqlara məxsus tarixi, ədəbi, sosial və digər…

Sənədlərin notarial təsdiqi – sənədin və ya onun surətinin notarius tərəfindən qanuni qüvvəyə malik olduğunu təsdiq edilməsi prosesidir…

Sinxron tərcümə — şifahi tərcümənin ən mürəkkəb forması olub tərcüməçinin natiqin nitqini paralel və fasiləsiz şəkildə hədəf dilə çevirməsi prosesidir…

Apostil və leqallaşdırma. sənədin qanuniliyinə dair məlumatların beynəlxalq standartlaşdırılmış formada təsdiqidir. Bu təsdiq forması…

Şifahi ardıcıl tərcümə. Tərcüməçinin mənanı düzgün anlaması və lazımi şəkildə ötürməsi onun peşəkarlığının göstəricisidir. Şifahi tərcümənin bir növü olan şifahi…

Çin, ingilis, alman, fransız, türk, fars, yunan, ərəb, macar, çex, polyak, gürcü, portuqal, ukrain, ivrit, hind, urdu, bolqar, latın, Koreya və s. dillərdən rus və Azərbaycan dillərinə və əksinə olan tərcümələr günümüzdə tərcümənin ən populyar istiqamətlərindən sayılır. Təcrübəli mütəxəssislərimiz  sözügedən dillərdə materialların tərcüməsində sizə  peşəkar səviyyədə yardımçı ola bilərlər. Onu da əlavə edək ki, təcili tərcümə edilməsi tələb olunan sənədlərin qəbulu ilə bağlı Mərkəzimizdə onlayn xidmət sifarişi forması da mövcuddur və bu xidmətdən yararlanmaq üçün nəzərdə tutulmuş faylı müvafiq sistemə yükləməyiniz kifayətdir. Bu halda Mərkəzin məsul əməkdaşları ən qısa müddətdə sizinlə əlaqə quracaq və sifarişin icrası ilə bağlı zəruri məlumatları təqdim edəcəklər.

“Şəms Tərcümə” mərkəzi – yerli və beynəlxalq müstəvidə 25 ildən çox təcrübəyə əsaslanan fəaliyyət, Beynəlxalq Standartlaşdırma Təşkilatının müvafiq keyfiyyət sertifikatlarına uyğun peşəkar tərcümə xidmətləri!