Yazılı tərcümə
Yazılı tərcümə mənbə dildə tərtib edilmiş mətnin məzmun, struktur və üslubi xüsusiyyətlər qorunmaqla hədəf dilə yazılı formada ötürülməsi prosesidir. Bu, yüksək dəqiqlik, terminoloji ardıcıllıq və dil normalarına ciddi riayət olunmasını tələb edən peşəkar və elmi‑texniki fəaliyyət sahəsi olduğu üçün tərcüməçinin hər iki dili, xüsusən də frazeoloji birləşmələri mükəmməl bilməsi, dillərin qrammatik quruluşuna dərindən bələd olması çox vacibdir.
Tərcümənin növləri:
Məna xüsusiyyətlərinə görə təsnifatlandırdıqda adətən yazılı tərcümənin əsas iki növü göstərilir:
1. Darixtisaslı tərcümə (hərbi, tibbi, hüquqi, texniki, iqtisadi, elmi və ya piar, reklam, marketinq və s. üzrə ixtisaslaşmış tərcümə)
2. Ədəbi tərcümə (bədii ədəbiyyat nümunələrinin bir dildən başqa dilə yalnız informativ deyil, həm də bədii-estetik dəyərini qorumaqla yaradıcı şəkildə ötürülməsi prosesi)
Darixtisaslı və yaxud ixtisaslaşmış tərcümə məzmun, faktlar, terminlər və məna çalarlarının heç bir təhrifə yol verilmədən, əlavə və ixtisarlar olmadan hədəf dilə tam şəkildə ötürülməsidir. Mərkəzimizdə tərcümənin hər iki istiqaməti üzrə yazılı tərcümə xidmətləri təklif olunur. Konkret sahələr üzrə ixtisaslaşmış tərcüməçilərimiz beynəlxalq tərcümə etikasına və müvafiq etik kodekslərə istinad edərək rəsmi və hüquqi sənədlərin (şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə, məhkəmə sənədləri, müqavilə və etibarnamələr, traskript, əmək kitabçası və s.), texniki və elmi sənədlərin (təlimatlar, texniki layihələr, təsis sənədləri, elmi məqalələr, tibbi sənədlər), biznes və iqtisadi sənədlərin (hesabatlar, biznes planlar, mühasibatlıq sənədləri və s.), ədəbi-bədii mətnlərin (məqalə, press-reliz, kitab və s. ), sayt mətnlərinin sürətli və müvafiq sahənin tələblərinə uyğun şəkildə tərcüməsini təmin edir.
Ədəbi tərcümə zamanı adətən bədii və ədəbi mətnlər (roman, povest, hekayə, şeir, dramaturji əsər və s.) məzmunu, üslubu, emosional fonu və estetik dəyəri qorunmaqla hədəf dilə tərcümə olunur. Bu növ mətnlərin tərcüməsi müəlifin bədii üslub və fikir tərzinin maksimum qorunmasını tələb edir. Şirkətimizdə bu profil üzrə yazılı tərcümə həyata keçirilərkən sözügedən tələblərlə yanaşı, orijinal mətnin emosional yükünün və obrazlılığının düzgün ötürülməsinə, həmçinin dilin bədii-ifadə imkanlarından geniş istifadə edilməsinə diqqət yetirilir. Bizə həvalə etdiyiniz ədəbi mətnlərin tərcüməsində məna, üslub və bədii təsirin ekvivalentliliyinin, həmçinin mədəni kontekstin tam ötürülməsinin, janr xüsusiyyətlərinin saxlanmasının başlıca prinsip kimi götürüldüyündən əmin ola bilərsiniz.
Onu da əlavə edək ki, “Şəms Tərcümə”də tərcümə prosesinin zəncirinə mətnin məcburi redaktəsi və eyniləşdirmə də daxildir. Bu prosedur çərçivəsində tərcümənin dəqiqliyi və dilin tətbiq səviyyəsi hərtərəfli yoxlanmaqla yanaşı, orijinal mətnlə eyniliyin təmin edilməsi məqsədilə vahid üslub və terminologiyanın tətbiqinə, format tələblərinə riayət edilməsinə və mənbə mətindən rəqəmlərin, tarixlərin və digər rekvizitlərin düzgün köçürülməsinə nəzarət edilir. Bu isə öz növbəsində tərcümədə yüksək dəqiqliyin və keyfiyyət səviyyəsinin təminatcısı kimi çıxış edir.