• «Şəms» Tərcümə Xidmətləri Mərkəzi sizi bizim saytımızın bütün səhifələrində salamlamağa çox şaddır.

Bloq

Şəms Tərcümə olaraq “Qarabağ KOB-ları layihəsi”nin 2025-ci il üzrə icrasına dair tədbirdə iştirak etdik.

Şəms Tərcümə olaraq 8 dekabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil Texnologiyaları Mərkəzinin tərəfdaşlığı, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilən “Qarabağ KOB-ları layihəsi”nin 2025-ci il üzrə icrasına dair tədbirdə iştirak etdik.

Tədbir şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlanaraq, layihənin növbəti ildə icrası ilə bağlı təqdimat və geniş müzakirələrlə davam edib.

Azərbaycanın dövlət qurumlarının rəhbərləri – Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, Milli Məclisin sədr müavini Musa Qasımlı, eləcə də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov layihənin əhəmiyyəti, şəhid ailələri və qazilərimizə göstərilən sosial dəstək, həmçinin işğaldan azad edilmiş ərazilərdə biznes mühitinin genişləndirilməsi istiqamətində görülən işlər barədə mühüm fikirlər səsləndirdilər.

Layihə 2025-ci ildə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Goranboy və Mingəçevirlə yanaşı, Füzuli, Xocalı, Laçın və Şuşanı da əhatə edib; bu isə daha çox şəhid ailəsinin, qazi və müharibə iştirakçısının biznes və məşğulluq imkanlarına çıxışını genişləndirib.

Tədbir çərçivəsində keçirilən şəhid övladlarının rəsm əsərlərinin xeyriyyə auksionu da bizə xoş təəssürat bağışladı.

Şəms Tərcümə olaraq bu dəyərli sosial təşəbbüsün bir parçası olmaqdan qürur duyur, layihənin cəmiyyətimiz üçün yaratdığı müsbət təsirlərin artaraq davam edəcəyinə inanırıq.

Şəms Tərcümə olaraq 5 dekabr tarixində işgüzar Naxçıvan səfərimizin üçüncü günündə Marsol Group partnyorları ilə birlikdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilə keçirilən görüşdə iştirak etdik.

Görüş zamanı Ordubadın qədim Azərbaycan torpağı kimi zəngin tarixi, iqtisadi və mədəni irsi, eləcə də rayonun inkişaf prioritetləri barədə ətraflı məlumat verildi. Prezident İlham Əliyevin Ordubad Tarix-Memarlıq Qoruğunun dövlət qoruğu elan edilməsi və “Gəmiqaya–Göygöl Tarixi-Mədəni Kompleksi”nin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi rayonun beynəlxalq tanınırlığını daha da artırması vurğulandı.

İcra başçısı Ordubadın əsas iqtisadi istiqamətlərinin ipəkçilik, meyvəçilik, konserv sənayesi və mədən sahəsi olduğunu qeyd etdi. Həmçinin Zəngəzur dəhlizinin açılmasının bölgə üçün yaradacağı yeni tranzit, ticarət və turizm imkanları vurğulanaraq bu inkişafın sahibkarlıq mühitinə mühüm töhfə verəcəyi bildirildi.

Görüşə onlayn şəkildə qoşulan iş adamları da öz fikir və təklifləri ilə müzakirələrə dəyər qatdılar. Sonda tərəfləri maraqlandıran suallar cavablandırıldı və Marsol Group tərəfindən Rəcəb Rəhimliyə xatirə hədiyyəsi təqdim olundu.

Ordubadın iqtisadi və turizm potensialını yüksək qiymətləndirir, yerli sahibkarlarla əməkdaşlıq üçün geniş imkanlar gördüyümüzü məmnunluqla qeyd edirik.

Şəms Tərcümə olaraq işgüzar Naxçıvan səfərində iştirak etdik.

Şəms Tərcümə olaraq 3 dekabr tarixində 45 nəfərlik partnyor və Marsol Group nümayəndə heyətinin iştirakı ilə həyata keçirilən işgüzar Naxçıvan səfərində iştirak etdik.

Səfər çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, bir sıra qurumların dəstəyi və Marsol Group-un tərəfdaşlığı ilə baş tutan “2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu”nda iştirak etməkdən məmnunluq duyduq.

Forum zamanı Azərbaycan və Türkiyəni təmsil edən rəsmi şəxslər tərəfindən iki ölkə arasında əməkdaşlığın inkişafına dair mühüm istiqamətlər müzakirə edildi, qarşılıqlı tərəfdaşlıq imkanlarına toxunuldu.

Səmərəli görüşlərlə zəngin bu səfərin regional biznes əlaqələrinin güclənməsinə və yeni əməkdaşlıq perspektivlərinin formalaşmasına töhfə verəcəyinə inanırıq.

, , , , , , , ,

Azərbaycan–Qətər Birgə Biznes Şurasının İlk Toplantısı Uğurla Keçirildi

Dohada Azərbaycan və Qətər Hökumətləri arasında Birgə Komissiyanın 4-cü iclası çərçivəsində təşkil olunan Azərbaycan–Qətər Birgə Biznes Şurasının ilk toplantısında İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Şəms Tərcümə təmsil olundu.

KOBİA və Qətər Ticarət və Sənaye Palatasının birgə təşkil etdiyi tədbir, iki ölkə arasında qarşılıqlı biznes dialoqunun gücləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması və iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm bir platforma oldu.

Bu görüş çərçivəsində Azərbaycan və Qətərin işgüzar dairələri arasında birgə layihələr, investisiya imkanları və tərəfdaşlıq istiqamətləri üzrə müzakirələr aparıldı.

Şəms Tərcümə olaraq ölkəmizi beynəlxalq biznes platformalarında təmsil etməkdən və əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verməkdən məmnunuq.

Sinxron Tərcümə: Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası.

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilib. İclasda tərəfimizdən sinxron tərcümə xidməti göstərilib.

, , , , , , , , ,

Şəms Tərcümə Mərkəzinin rəhbərliyi Bakı Biznes Universitetinin 30 illik yubileyinə həsr edilmiş tədbirdə iştirak etmişdir.

Şəms Tərcümə Mərkəzinin rəhbərliyi Bakı Biznes Universitetinin 30 illik yubileyinə həsr edilmiş tədbirdə iştirak etmişdir.

24 may 2023-cü il tarixində, Bakı Biznes Universitetində “Sosial-iqtisadi inkişafda qlobal meyillər, çağırışlar və imkanlar” mövzusunda, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, bir sıra yerli universitetlərin rektor və prorektorları, eləcə də xarici üniversitet təmsilçilərinin iştirakı ilə geniş tədbir keçirilmişdir. Tədbir zamanı, Bakı Biznes Universitetinin yarandığı gündən ölkəmizin biznes həyatına gətirdiyi yeniliklər, ölkəmizdəki mövcud biznes mühitinə innovativ ideya və yanaşmalar istiqamətində verdiyi töhvələr, habelə ötən 30 il ərzində sözügedən təhsil ocağında yetişən çoxsaylı dəyərli kadrların ölkəmizin inkişafında mühüm rol oynaması qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, tədbirin sinxron tərcüməsi Şəms Tərcümə Mərkəzinin tərcüməçiləri tərəfindən həyada keçirilmişdir.

Tədbirin sonunda, “Şəms Tərcümə” şirkətinin fəaliyyəti və göstərdiyi işbirliyi xüsusilə qeyd edilmiş, şirkətin direktoru Nəsimi Həsənova təşəkkür bildirilərək xatirə planketi təqdim edilmişdir.

Azərbaycan Dillər Universiteti Tərcümə fakültəsi və Bakı Slavyan Universiteti -İstehsalat təcrübəsi

Şəms Tərcümədə istehsalat təcrübəsi keçən Azərbaycan Dillər Universiteti Tərcümə fakültəsi və Bakı Slavyan Universitetinin tələbələrinin qiymətləndirilməsi

İstehsalat təcrübəsi

Şəms Tərcümədə istehsalat təcrübəsi keçən Xəzər Universitetinin tələbələri qiymətləndirildi və sertifikatlar təqdim edildi

Xəzər Universiteti -Karyera sərgisi

“ASAN Kommunal” mərkəzlərində xidmət göstərməyin üstünlükləri

,