Notarial təsdiq
«Şəms» Tərcümə Xidmətləri Mərkəzi notarial təsdiq üçün sənədlərin tərcüməsini də həyata keçirir.Hüquqi sənədlərin təsdiq edilməsinin üç növü vardır:
1. Adi notarial təsdiq
2. Leqallaşdırma
3. Apostil
Sənədlərin notarial tərcüməsi və təsdiqi
Bu gün insanlar, təşkilat və müəssisələr arasında beynəlxalq əlaqələr o dərəcədə genişlənmişdir ki, hətta orta statistik bir vətəndaş üçün də bəzən sənədlərini başqa bir dövlətin müvafiq strukturlarına təqdim etməkdən ötrü onun notarial təsdiqinə ehtiyac yaranır.
Belə zərurət əsasən digər ölkələrə səfərlə əlaqədər viza alınarkən, yaxud başqa bir dövlətin ərazisində olduqda lazımi sənədlərdən istifadə edərkən yaranır.
Notarial tərcümə, imzasını notariusun təsdiq etdiyi peşəkar tərcüməçi tərəfindən mətn və ya sənədin başqa bir dilə tərcüməsidir.
Mahiyyətcə bu, rəsmi orqan və strukturlara təqdim etmək üçün sənədlərin leqallaşdırılması formalarından biridir.
Notariusun imzası və möhürü tərcümə olunmuş sənədə rəsmi xarakter verir.
Notarial tərcümə həm də müqavilə və ya razılaşma imzalanarkən müxtəlif dillərdə sənədlərin tərtib olunması zamanı lazım olur.
Azərbaycan Respublikası ərazisində idarə və orqanlara təqdim olunan bütün xarici sənədlərin tərcüməsi yalnız Azərbaycan dilində olmalıdır.
Lütfən, nəzərə alın ki, əgər Siz sənədi özünüz tərcümə etmisinizsə, tərcümə bizim tərcüməçilər tərəfindən yoxlandıqdan
(redaktə edildikdən) sonra istənilən növ təsdiq həyata keçirilir.
İş saatları
Bazar ertəsi | 09:00 - 18:00 |
Çərşənbə axşamı | 09:00 - 18:00 |
Çərşənbə | 09:00 - 18:00 |
Cümə axşamı | 09:00 - 18:00 |
Cümə | 09:00 - 18:00 |
Şənbə | 09:00 - 17:00 |
Bazar | 09:00 - 17:00 |