Şifahi ardıcıl tərcümə
Tərcüməçinin mənanı düzgün anlaması və lazımi şəkildə ötürməsi onun peşəkarlığının göstəricisidir. Şifahi tərcümənin bir növü olan şifahi ardıcıl tərcümə məhz tərcüməçidə bu keyfiyyətin ormalaşmasını tələb edir. Daha doğrusu, bu tərcümə növü danışanın nitqinin müəyyən fasilələrlə təqdim olunmasını və həmin fasilələrdə tərcüməçinin bu nitqi digər dilə tam, dəqiq və ardıcıl şəkildə şifahi çevirməsini nəzərdə tutur. Bu növ tərcümə işgüzar görüşlər, kiçik seminarlar, rəsmi danışıqlar və s. üçün məqsədəuyğun hesab edilir, çünki xüsusi avadanlıq tələb etmir və tərcüməçi qeydlər götürməklə dəqiq ötürülməni təmin edir.
Şifahi ardıcıl tərcümədə peşəkar bacarıqlar xüsusi əhəmiyyət kəsb edir və peşəkar tərcüməçinin yüksək dil biliyi, analitik düşünmə qabiliyyəti, qeydgötürmə bacarığı və güclü yaddaşı əsasında həyata keçirilir. Bununla yanaşı, bu tərcümə növü tematik sahələrinə bölündüyü üçün peşəkar tərcüməçi yalnız dil biliklərini deyil, həm də sahəyə dair müvafiq terminologiyanı da mənimsəməlidir. “Şəms Tərcümə” tədbirləriniz, rəsmi görüşləriniz zamanı məhz sözügedən tələblərə cavab verən və müxtəlif profillər üzrə ixtisaslaşmış mütəxəssislərinin xidmətindən yararlanmağı sizə tövsiyə edir.
Ümumiyyətlə, tərcüməçi peşəsi mədəniyyətlərarası ünsiyyəti təmin edən körpü funksiyasını daşıyır, məhz bu səbəbdən düzgün tərcümə istər rəsmi görüş, istərsə də tədbirin uğurlu keçməsi üçün həlledici rol oynayır. Mərkəzimizin peşəkar tərcüməçiləri yalnız sözləri deyil, eyni zamanda nitqin məzmunu, məqsədi və emosional çalarını da lazımi şəkildə ötürmək məsuliyyətini öz üzərinə götürür. Belə ki, tərcüməçilərimiz şifahi ardıcıl tərcümənin əsas tələblərindən olan nitqin məzmunu və hüquqi-rəsmi dəqiqliyi tam qorumaqla, iştirakçılar arasında aydın və səmərəli ünsiyyətin qurulmasına zəmanət verirlər.