HR Summit Baku 2019 TALENT WINS
-15 Noyabr 2019-
HR Summit Baku 2019
TALENT WINS
Sammitdə sinxron tərcüməni Şəms Tərcümə həyata keçirdib.
Sinxron tərcümə şifahi tərcümənin ən mürəkkəb növü hesab edilir. Lakin hal-hazırda ondan tez-tez istifadə edilir. Belə ki, konfrans, görüş və ya danışıqlar zamanı sinxron tərcümədən istifadə olunması vaxta qənaət etməyə imkan verir.
Sinxron tərcümə zamanı tərcüməçi çıxış edənlə eyni zamanda danışır. Mütəxəssis üçün eyni zamanda həm çıxış edənə qulaq asmaq və həm də ucadan geniş auditoriyanın qarşısında tərcümə etmək tələb olunur.
Şəms Tərcümə olaraq istənilən tədbirdə sinxron tərcüməni həyata keçirmək üçün bizim sərəncamımızda bütün lazımi ehtiyatlar – mütəxəssis və avadanlıq vardır.
MERCER NAMED #1 HR CONSULTING FIRM FOR 2019.
İNSAN RESURSLARI ASSOSSASİYASI -nın keçirdiyi tədbir.
MERCER NAMED #1 HR CONSULTING FIRM FOR 2019.
Tədbirdə tərcümə xidmətini “Şəms Tərcümə” həyata keçirir.
Sinxron tərcümə üzrə 20 ilə yaxın təcrübəsi olan “Şəms Tərcümə” 11 oktyabr 2019-cu ildə “İnsan resursları assosasiyası”-nın keçirdiyi tədbirdə öz xidmətlərini təqdim etdi. Peşəkar və ixtisaslaşmış tərcüməçi heyyəti ilə istənilən mövzuda olan tədbirlərin tərcümə xidmətini yüksək səviyyədə həyata keçiririk.
Xalq Cümhuriyyətinin
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı mərkəzimizdə keçirilən tədbirdən görüntülər.
Nizami Mədəni
Nizami Mədəni İrsinin Müasir Dövrdə İnterpretasiyası adlı beynəlxalq elmi konfransın sinxron tərcüməsi mərkəzimiz tərəfindən həyata keçirilmişdir.
İnklüziv cəmiyyətlərin qurulması
“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun sinxron tərcüməsi mərkəzimiz tərəfindən həyata keçirilmişdir.
Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilən tədbir keçirilib. Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ali təhsil müəssisələri və media qurumları rəhbərlərinin, hüquq ictimaiyyəti nümayəndələrinin, alimlərin iştirak etdikləri tədbirdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub. Qeyd olunan tədbirin sinxron tərcüməsi mərkəzimiz tərəfindən həyata keçirilmişdir.
Paralimpiya İdman Kompleksində
Sumqayıt şəhərində fəaliyyət göstərən Respublika Paralimpiya İdman Kompleksində Dr., dosent Nadir Adilovun müəllifi olduğu “Gəncsən? Başla!” tələbə və gənclərin şəxsi inkişaf kitabının imza günü keçirildi. İmza günündə Respublika Paralimpiya kompleksinin müdiri Yaşar Hacıyev, Paralimpiya komitəsinin vitse prezidenti İlham Zəkiyev, Paralimpiya komitəsinin baş katibi Kamal Məmmədov və “Şəms Tərcümə” mərkəzinin rəhbəri Nəsimi Həsənov iştirak etmişdir.
İş saatları
Bazar ertəsi | 09:00 - 18:00 |
Çərşənbə axşamı | 09:00 - 18:00 |
Çərşənbə | 09:00 - 18:00 |
Cümə axşamı | 09:00 - 18:00 |
Cümə | 09:00 - 18:00 |
Şənbə | 09:00 - 17:00 |
Bazar | 09:00 - 17:00 |