Boccia üzrə Azərbaycan çempionatı
Şəms Tərcümə mərkəzinin əməkdaşları 13.12.2019-cu il tarixində Bakı İdman Sarayında Milli Paralimpiya Komitəsi tərəfindən təşkil olunmuş, “Seni Cup” Azərbaycan Çempionatında qaliblərə hədiyyələrin təqdim edilməsində iştirak ediblər.
Boccia üzrə Azərbaycan çempionatı keçirilib
Bu gün Bakı İdman Sarayında Boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatı keçirilib. Yarışda beş kateqoriya üzrə – BC1, BC2, BC3, BC4 və BC5 kateqoriyaları üzrə 60 idmançı mübarizə aparıb.
BC1 kateqoriyasındakı yarışların qalibi Qalib Canıyev olub. İkinci yerdə Aytac Qurbanova, üçüncü yerdə isə Röya Şəfəqzadəqərarlaşıb.
BC2 kateqoriyasında Sona Ağayeva ölkə çempionu adına layiq görülüb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Tahir Zülfüqarlı və Orxan Kərimov bölüşdürüblər.
BC3 kateqoriyasında paralimpiyaçı Qüdrət Yusifli bütün rəqiblərini məğlub edib. Eyni kateqoriyada ikinci yerə Emin Hacılı, üçüncü yerə isə Ramil Babayev layiq görülüb.
BC4 kateqoriyasında Xəyal İslamov qalib olub. Həmin kateqoriyada yarışan Nərmin Ağayeva 2-ci, Zaur Veysəlov isə üçüncü yerə layiq görülüb.
BC5 kateqoriyasının qalibi isə Ramid Əliyev olub. Bu kateqoriyada 2-ci yerdə Babək İsmayılov, 3-cü yerdə isə Əbülfəz Qarayev qərarlaşıb.
Çempionatın final mərhələsində 60-dan çox fiziki məhdudiyyətli idmançı mübarizə aparıb.
Bu yarışların nəticələri Boccia üzrə Azərbaycan milli komandasının formalaşmasında nəzərə alınacaq.
Xatırladaq ki, boccia idman növü 1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilib və 20 il ərzində populyarlıq qazanaraq, 50 ölkədə inkişaf edir. İdmanın bu növü ilə ağır kateqoriyalı əlilliyi olan bütün insanlar da məşğul ola bilərlər. Azərbaycanda boccia idman növünün inkişafına beş il əvvəl başlanıb. Keçən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə idmanın bu növü üzrə milli federasiya yaradılıb. Federasiyanın yaranmasından ötən bir il ərzində idmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak edərək uğurlu nəticələr qazanıblar.
İş saatları
Bazar ertəsi | 09:00 - 18:00 |
Çərşənbə axşamı | 09:00 - 18:00 |
Çərşənbə | 09:00 - 18:00 |
Cümə axşamı | 09:00 - 18:00 |
Cümə | 09:00 - 18:00 |
Şənbə | 09:00 - 17:00 |
Bazar | 09:00 - 17:00 |