Notarial təsdiq
Sənədlərin notarial təsdiqi – sənədin və ya onun surətinin notarius tərəfindən qanuni qüvvəyə malik olduğunu təsdiq edilməsi prosesidir. Bu prosedur sənədin orijinallığını, imzaların doğru və sənədin etibarlı olduğunu rəsmi şəkildə sübut edir. Daha doğrusu, notarial təsdiq sənədin hüquqi etibarlılığını rəsmi şəkildə təmin edən hüquqi hərəkətdir.
Tərcümənin notarial təsdiqi – imzası notarius tərəfindən təsdiq edilmiş tərcüməçi tərəfindən mətn və ya sənədin digər dilə çevrilməsi prosesidir. Bu prosedur sənədin rəsmi orqan və strukturlara təqdim olunması üçün leqallaşdırılmasının bir formasıdır. Notariusun imzası və möhürü tərcümə olunmuş sənədə rəsmi xarakter qazandırır.
Notarial tərcümə həmçinin müqavilə və ya razılaşmaların müxtəlif dillərdə hazırlanması zamanı da tələb olunur. Azərbaycan Respublikası ərazisində idarə və orqanlara təqdim olunan bütün xarici sənədlər yalnız Azərbaycan dilində təqdim edilməlidir.
“Şəms Tərcümə”də fəaliyyət göstərən peşəkar tərcüməçilər notarial təsdiq tələb edən sənədlərin tərcüməsini və rəsmi təsdiqini də həyata keçirir. Hüquqi sənədlərin təsdiq edilməsinin üç növü üzrə xidmət təklif edirik:
1. Şirkət təsdiqi (ştamp, möhür, soyuq möhür)
2. Notarial təsdiq
3. Leqallaşdırma
4. Apostil
Qeyd edək ki, sənədi sifarişçinin özünün tərcümə etdiyi təqdirdə notarial təsdiq yalnız tərcümə olunmuş sənəd tərcüməçilərimiz tərəfindən yoxlandıqdan və redaktə olunduqdan sonra həyata keçirilə bilər.