Sinxron tərcümə

Sinxron tərcümə — şifahi tərcümənin ən mürəkkəb forması olub tərcüməçinin natiqin nitqini paralel və fasiləsiz şəkildə hədəf dilə çevirməsi prosesidir. Müasir dövrdə beynəlxalq tədbirlərin miqyası və iştirakçıların çoxluğu sinxron tərcümənin əhəmiyyətini artırmışdır. Sinxron tərcümə adətən çoxsaylı iştirakçıların qatıldığı beynəlxalq konfranslar, diplomatik görüşlər, simpoziumlar, seminarlar,  məhkəmə prosesləri və geniş auditoriyalarda tətbiq olunur. Sinxron tərcüməçi həm mənbə, həm də hədəf dili mükəmməl bilməli, sürətli düşünmə və düzgün diksiya qabiliyyətinə malik olmalıdır. Onların fəaliyyəti həm dil bilikləri, həm də xüsusi texniki avadanlıqların istifadəsi ilə sıx bağlıdır.

 Qeyd edək ki,“Şəms Tərcümə”nin təqdim etdiyi xidmətlər sırasına sinxron tərcümə işinin təşkili və təbdirlərin müvafiq sinxron tərcümə avadanlıqları və digər texniki vasitələrlə təchiz edilməsi də daxildir. Bildiyimiz kimi, sinxron tərcüməçilər müxtəlif dillərdə danışan tərəflərin eyni vaxtda ünsiyyətini təmin edən, yüksək peşəkarlıq və xüsusi hazırlıq tələb olunan mütəxəssislərdir. Mərkəzimizin şifahi sinxron tərcümə üzrə ixtisaslaşmış və müvafiq hazırlığı olan tərcüməçiləri nitqləri məzmun və uslubu təhrif etmədən, beynəlxalq tərcüməyə aid zəruri şərtlərə və spesifik terminologiyaya  uyğun şəkildə tərcümə etməkdə sizə yardımçı ola bilərlər.

Bununla yanaşı, istənilən tədbirin uğurlu keçməsi həm də istifadə olunan texniki vasitələrin müvafiq standartlara cavab verməsindən və keyfiyyətindən bilavasitə asılıdır. Mərkəzimizin sərəncamında olan sinxron tərcümənin, eləcə də umimiyyətlə tədbirin təşkili üçün zəruri avadanlıqlar – mikrofonlar, səs sistemləri, tərcüməni dinləyənlər üçün qulaqlıqlar, sinxron tərcüməçi üçün bilavasitə təchiz edilmiş kabinələr, səsucaldıcılar, mixer (səs idarəetmə paneli) və s. sizin tədbirinizin uğurunun təminatcısı kimi çıxış edə bilər.