Redaktə

Mətni tərcümə etmək mədəniyyətlərarası məlumatın mənasını düzgün çatdırmaq üçün kifayət deyil.Mütəxəssis-redaktorlar məhz bu sahədəki çatışmazlığı aradan qaldırmaq işinə xidmət edir.Redaktorlar insanların doğma mədəniyyət və peşələrinin bir hissəsini əks etdirən tərcümə materialını onların daha asan qavraya biləcəyi şəklə salmaq üçün tərcüməni yoxlayır və düzəlişlər edirlər. Redaktə etmə 2 növə bölünür: mütləq redaktə – bu zaman siz sifarişi yerləşdirirsiniz, burada redaktənin qiyməti artıq tərcümənin dəyərinə daxildir; ayrıca sifariş edilən redaktə.

Tərcümə yerinə yetirildikdən sonra bizim redaktor düzəlişimiz

ƏLA KEYFİYYƏTLİ tərcüməni «çıxışa» təqdim etmək üçün işə mövzu üzrə bir neçə peşəkar tərcüməçi, həmçinin mövzu üzrə redaktor cəlb edilir.Sirr deyil ki, mətnin tərcüməsi zamanı hər bir tərcüməçinin «özünə», yalnız ona məxsus tərcümə üslubu vardır.Ona görə də tərcümə həyata keçirildikdən sonra yekun işin «oxunması», həmçinin xırda səhvlərin olmaması üçün «Şəms» Tərcümə Mərkəzi MÜTLƏQ surətdə işə redaktoru cəlb edir.Bu texnoloji addımlar bizim müştərilər üçün tərcümənin ƏLA KEYFİYYƏTİNİ təmin etməyə imkan verir.Əla tərcümə – bu, hər şeydən əvvəl Sizin imicinizdir!

Əvvəllər tərcümə edilmiş mətnin redaktor düzəlişi

Əgər mətni artıq özünüz və ya digər tərcüməçi tərcümə etmişsə, siz isə onun keyfiyyətinə əmin deyilsinizsə, bu zaman tərcümənin tam uyğunluğunu yoxlamaq məqsədilə bizə müraciət edə bilərsiniz.Bu növ yoxlamanı biz sizin üçün mətnin tam həcmində həyata keçirəcəyik və səhvləri sizə göstərəcəyik.Tərcümə ciddi səhvlərlə yerinə yetirilmişsə, biz sizə peşəkar redaktor düzəlişi etməyi təklif edirik.Əgər tərcümənin 50%-dən çoxu düzgün yerinə yetirilməmişsə, biz Sizə onu yenidən tərcümə etməyə təklif edəcəyik.