«Sinxron tərcümə» nə deməkdir və sadə «şifahi ardıcıl tərcümədən» nə ilə fərqlənir? Sinxron tərcümə – tərcümənin ən çox zəhmət tələb edən növüdür, burada həm insan zəhməti, həm də texniki vasitələr tələb olunur.Bu şifahi tərcümənin xüsusi növüdür, burada tərcüməçi tərcüməni danışanın nitqi ilə eyni zamanda həyata keçirir.
Bu zaman tərcüməçinin tərcüməni müvəffəqiyyətlə həyata keçirməsi üçün danışanın məna qrupları arasında pauzalar etməsinə zəruriyyət yoxdur.Ona görə də məruzə, məlumat fasiləsiz səslənir, bu da qulaq asan auditoriyanın diqqətini asanlıqla saxlamağa, onun «ruhunu» hiss etməyə və məruzəçinin dilini anlayanların həmin dilə yiyələnməyən dinləyicilərdən tez reaksiya verməsi vəziyyətinin qarşısını alır.Tərcümənin həmin növü çoxlu sayda insanların iştirakı ilə miqyaslı tədbirlərin keçirilməsi zamanı tətbiq edilir, bir qayda olaraq böyük konfrans zallarında və ya auditoriyalarda adi şifahi tərcüməçinin nitqi ya eşidilmir, ya da tədbirin statusu məhz sinxron tərcümənin tətbiqini tələb edir.Məsələn, yüksək vəzifəli nümayəndə heyəti ilə iş zamanı bu məruzələrin vaxtı dəqiq nizamlanır.Bu cür tərcüməni aparan sinxron tərcüməçinin yüksək peşəkarlığı və çoxillik xüsusi hazırlığı olmalıdır.Sinxron tərcümənin həyata keçirilməsi zamanı tərcüməçilərin «dəyişilməsi» çox vacibdir, belə ki, uzun müddətli iş zamanı sinxronist tez yorulur, bu da sağlamlıq üçün çox təhlükəlidir.Ona görə də sinxron tərcümənin həyata keçirilməsi zamanı tərcüməçilər dəyişilməlidir.Adətən tərcüməçilər 30 dəqiqə işləyirlər.Müştəri isə bir qayda olaraq sinxron kabinanin bir saatlıq işi üçün ödəyir, keyfiyyətli tərcümə üçün lazım olan tərcüməçilərin sayını isə «Şəms» Tərcümə Xidmətləri Mərkəzi müəyyən edir.Texniki cəhətdən sinxron tərcümə xüsusi avadanlığın (tərcüməni dinləyənlər üçün qulaqlıqlar, xüsusi aparat, bilavasitə tərcüməçi üçün təchiz edilmiş kabina və s.) tətbiqi ilə həyata keçirilir.Sizin şirkətin xüsusi avadanlığı yoxdur, yaxud tərcümənin tələb olunduğu tədbirin keçiriləcəyi yer həmin texniki vasitələrlə təchiz edilməmişdir?Problem yoxdur!Biz bu qayğıları üzərimizə götürürük və Sizə avadanlığı verəcəyik, həmçinin özümüz onu quracağıq.Sizə yalnız gəlmək və tərcümənin əla yerinə yetirilməsindən həzz almaq lazımdır.
«Şəms» Tərcümə Xidmətləri Mərkəzinin sərəncamında bütün lazımi ehtiyatlar – mütəxəssis və avadanlıq vardır.
İş saatları
Bazar ertəsi | 09:00 - 18:00 |
Çərşənbə axşamı | 09:00 - 18:00 |
Çərşənbə | 09:00 - 18:00 |
Cümə axşamı | 09:00 - 18:00 |
Cümə | 09:00 - 18:00 |
Şənbə | 09:00 - 17:00 |
Bazar | 09:00 - 17:00 |