...
  • «Şəms» Tərcümə Xidmətləri Mərkəzi sizi bizim saytımızın bütün səhifələrində salamlamağa çox şaddır.

Yazılı tərcümə

Yazılı tərcümə

Mətn – mövzudur.Xarici dildə mətn, şübhəsiz, sizin anlayışınız üçün asan bir mövzudur.Biz sənədləri, təlimatları, müqavilələri, təsis sənədlərini, iqisadi hesabatları, veb-saytları, müxtəlif məlumatları və s. sürətli və keyfiyyətli şəkildə tərcümə edirik.
Keyfiyyətli tərcümə bizim işimizin əsas məqsədidir!

Tərcümə növləri

Tərcümə öz məna xüsusiyyətinə görə iki növə bölünür:
1. Dar ixtisaslı (məsələn: texniki, iqtisadi, tibbi, hüquqi, filmlərin tərcüməsi və ya piar, reklam, marketinq sahəsində olan tərcümələr)
2. Ədəbi tərcümə

Dar ixtisaslı tərcümə

Rəsmi tərcümə əsas sənədlərin orijinala dəqiq uyğunluğu, aydın terminologiya nəzərə alınaraq yerinə yetirilir.Biz sizə hüquq, iqtisadiyyat, maliyyə, texnika, kommunikativ texnologiyalar, tibbi, elmi-texniki istiqamətlər üzrə tərcümə xidmətlərini təklif edirik.Bizdə hər bir əsas istiqamətdə ixtisaslaşmalar üzrə ayrı-ayrı bölmələr vardır.Məsələn: TEXNİKA aşağıdakı tematik sektorlara bölünür: qaz çıxarılması, qazçıxarma üçün avadanlığın istehsalı, qaz-nəqliyyat sistemləri, maşınqayırma, cihazqayırma, aviasiya sənayesi, gəmiqayırma, avtomobil mövzusu və s.

KOMMUNİKATİV TEXNOLOGİYALAR ictimai əlaqələrin inkişafı (Public Relations development), reklam, marketinq və s.)

Ədəbi tərcümə

Bu tərcümə hər hansı ölkənin mədəniyyətinə, milli xüsusiyyətlərinə uyğunlaşdırılan tərcümədir.Bu üsul jurnal məqalələri, press-relizlər, reklamın tərcüməsində arzu olunandır.Xatırladırıq ki, istər maliyyə, maşınqayırma, istilik energetikası, istərsə də neft və ya qaz, tibb, iqtisadiyyat, hüquqşünaslıq olsun, hər bir dar mövzu sahəsi üçün bizim daimi və kifayət qədər geniş mütəxəssis dairəmiz vardır.Onlardan hər biri öz sahəsidə unikal biliklərə malikdir.Onlar bu mənada bizim üçün dəyərlidirlər.Deməli, Sizin üçün də!
«Şəms» Tərcümə Xidmətləri Mərkəzində tərcümənin texnoloji silsiləsinə tərcümə olunan mətnin MÜTLƏQ redaktəsi proseduru ilk dəfə daxil edilmişdir.Redaktorlar səhvləri aradan qaldırmaq üçün tərcüməni oxuyub düzəldir, həm də formatlaşmanı, tərcümənin orijinalından rəqəmlərin, tarixlərin və s. köçürülməsinin düzgünlüyünü yoxlayırlar.Bundan başqa, əgər Sizin sifariş təcili tərcümə olunmuş və onu bir neçə tərcüməçi icra etmişdirsə, bizim redaktorlar onu vahid şəklə salacaqlar ki, o tərcümənin dəqiqliyinə və mətnin əslinə uyğunluğuna xələl gəlməsin.Axı heç kəsə sirr deyil ki, hər bir tərcüməçinin stilistikası, necə deyərlər «xətti» özünəməxsusdur, unikaldır.Bu kompleks texnologiya hər hansı bir tərzdə yarana biləcək ən xırda nöqsanları aşkar etməyə imkan verir.Axı tərcüməçilər – insandırlar, səhv etmək isə insana xas xüsusiyyətlərdəndir.

Yazılı tərcümənin xüsusiyyətləri

Mətnin bir çox dillərdən tərcüməsinin bir ümumi xüsusiyyəti vardır.Məsələn, ingilis və alman dilləri rus dilindən daha həcmli olduğundan onların yazılı tərcüməsi original mətndən bir qədər uzun görünür.
Məhz buna görə bizim şirkətdə yazılı tərcümə üzrə işlərin həcmini iki dəfə qiymətləndirmək qaydadır.Əvvəlcə tərcümədən əvvəl – qabaqcadan və qəti olmayan.Tərcümədən sonra – artıq tamamilə və qəti olaraq.
Tərcümənin bir səhifəsinin və orijinal mətnin hesablanması MS Word statistikası üzrə 250 söz və ya 1800 simvol hesabı ilə aparılır.Bizim müştərilər çox vaxt o fakta təəccüblənirlər ki, tərcümə orijinal mətndən fərqli oaraq 10-20% çox alınmışdır.Təəssüf ki, bunun obyektiv səbəbləri olduğundan bizdən asılı deyil.
Birinci səbəb – tərcüməçinin məcəlləsi.Orada deyilir: «MƏTN tərcüməçi üçün toxunulmazdır.Əgər sifarişçi tərəfindən uyğunlaşdırma, çıxarış, əlavə və s. tapşırıq verilməmişsə, tərcüməçinin tərcümə zamanı öz arzusu ilə mətndə dəyişiklik etmək, onu ixtisar etmək və ya genişləndirmək hüququ yoxdur».
İkinci səbəb – millətlərarası linqvistikanın xüsusiyyətləridir.Biz yalnız işlərimizin keyfiyyətinə görə cavab veririk!

«Şəms» Tərcümə Xidmətləri Mərkəzi keyfiyyəti dəyişilməzdir.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.