Apostil və leqallaşdırma

Apostil – sənədin qanuniliyinə dair məlumatların beynəlxalq standartlaşdırılmış formada təsdiqidir. Bu təsdiq forması onu tanıyan dövlətlərin ərazisində sənədlərin təqdim edilməsi zamanı hüquqi qüvvəyə malikdir. Apostil Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən rəsmiləşdirilən və  “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuş dövlətlərin ərazisində istifadə edilməsi nəzərdə tutulan rəsmi sənədlərə verilir. Haaqa Konvensiyasının üzvü olan dövlətlərlərin sənədləri apostilləşdirilir. Bu konvensiyaya üzv olmayan dövlətlərin sənədləri isə leqallaşdırılır.

Apostil əlavə təsdiq və ya sənədin başqa formada leqallaşdırılmasını tələb etmir və Konvensiyaya qoşulmuş bütün dövlətlərin rəsmi orqanları tərəfindən tanınır.

Mərkəzimiz apostilin  aşağıdakı növləri üzrə xidmət həyata keçirir:

  1. Sənədin əslinə vurulan apostil;
  2. Sənədin surətinə vurulan apostil;
  3. Sənədin tərcüməsinə vurulan apostil.